“Çelsi” 3 xalı 3 qolla qazandı

Bu gün İngiltərə Premyer Liqasında yeni – 2020/21 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. Mövsümün açılış matçında “Arsenal” səfərdə “Fulhem”lə üz-üzə gəlib və 3 cavabsız qola sevinib.

Son çempion “Liverpul” ilk tur çərçivəsində debütant “Lids”i sınağa çəkib. 7 qolun qeydə alındığı matçda meydan sahibləri çətin qələbə qazanıblar. “Kristal Pelas” “Sauthempton”u məğlub yola salıb. Günün son matçında isə “Vest Hem” doğma meydanda “Nyukasl”a məğlub olub.

Bazar günü daha iki görüş baş tutub. Səfərdə “Vest Bromviç”lə qarşılaşan “Lester” 3 cavabsız qolla qalib gəlib. “Tottenhem” isə “Everton”la ev oyununda minimal hesabla uduzub.

Birinci tur çərçivəsində “Çelsi” “Brayton”la münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı matçda London təmsilçisi inamlı qələbə qazanıb. “Vulverhempton” da “Şeffild Yunayted”lə səfər matçından qalib ayrılıb.

İlk turda keçirilməli olan “Bernli” – “Mançester Yunayted” və “Mançester Siti” – “Aston Villa” oyunları isə təxirə salınıb.

İngiltərə Premyer Liqası, 1-ci tur

12 sentyabr

Fulhem – Arsenal 0:3
Qol
: Lakazette, 8. Qabriel, 49. Obameyanq, 57.

Kristal Pelas – Sauthempton 1:0
Qol
: Zaha, 13.

Liverpul – Lids 4:3
Qol
: Salah, 4; 33; 88-pen. Van Deyk, 20 – Harrison, 12. Bemford, 30. Klix, 66.

Vest Hem – Nyukasl 0:2
Qol
: Uilson, 56. Hendrik, 87.

13 sentyabr

Vest Bromviç – Lester 0:3
Qol
: Kastan, 56. Vardi, 74-pen; 84-pen.

Tottenhem – Everton 0:1
Qol
: Kalvert, 55.

14 sentyabr

Şeffild Yunayted – Vulverhempton 0:2
Qol
: R.Ximenes, 3. Sayss, 6.

Brayton – Çelsi 1:3
Qol
: Trossard, 54 – Jorjinyo, 23. R.Ceyms, 56. Zuma, 66.