Premyer Liqada sentyabrın ən yaxşısı “Arsenal”lı oldu

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanqdır. Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Obameyanq ötən ay iştirak etdiyi 4 oyunda 5 qol vurub.