İngiltərə Premyer Liqası üçün yeni təklif

İngiltərə Premyer Liqasında mövsümün qalan oyunları “Uembli” və “Sent Corc Park” stadionunda keçirilə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. Xəbərdə, oyunların bu iki stadionda keçirilməsi təklifini İngiltərə Futbol Assosiasiyasının (FA) irəli sürdüyü bildirilib.

“Uembli” stadionu gün ərzində bir neçə oyun qəbul etmək imkanına malikdir. Bununla yanaşı, stadionun yaxınlığında komandaların yerləşməsi üçün kifayət qədər otel və məşq bazaları var. Təklif qəbul olunsa, oyunlar azarkeşsiz keçiriləcək.

İngiltərə Premyer Liqası koronavirusa görə aprelin 30-na qədər təxirə salınıb.