Koronavirusa görə Premyer Liqa nəhənglərinə dəyəcək zərər bilindi

İngiltərə Premyer Liqasında koronavirus pandemiyasına görə maliyyə baxımından ən çox zərər görəcək komanda məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Koronavirus pandemiyasına görə Premyer Liqada ən çox maliyyə itkisinə məruz qalan klub “Mançester Yunayted” olacaq. “Qırmızı şeytanlar” ümumilikdə 116,4 milyon funt-sterlinq itirəcək.

“Mançester Yunayted”dən sonra ən çox itkiyə məruz qalan klub “Mançester Siti” olacaq. “Şəhərlilər” koronavirusa görə 109,3 milyon funt-sterlinq itirəcək.

“Liverpul” 102,6, “Çelsi” 91, “Tottenhem” 83, “Arsenal” isə 74,8 milyon funt-sterlinq itirəcək.