Premyer Liqada yeni rekord

İngiltərə Premyer Liqasında 20-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə keçirilən qarşılaşmalardan sonra çempionatın lideri dəyişib. “Mançester Siti” səfərdə “Vest Bromviç”i 5:0 hesabıyla məğlub edərək, turnir cədvəlində liderliyə yüksəlib.

“Şəhərlilər”in liderliyindən sonra Premyer Liqa tarixində yeni rekord qeydə alınıb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Belə ki, Premyer Liqa tarixində ilk dəfə bir mövsümdə 9 komanda lider olmağı bacarıb.

Yarışda bu mövsüm 20-ci tura qədər “Arsenal”, “Everton”, “Lester”, “Liverpul”, “Sauthempton”, “Tottenhem”, “Çelsi” və “Mançester Yunayted” lider olmuşdu.

“Mançester Siti” hazırda 41 xalla liderdir. Ehtiyatda bir oyunu olan “Mançester Yunayted” 40 xalla 2-ci, “Lester” isə 38 xalla 3-cüdür.