İngiltərə millisinin sabiq üzvü klubu ilə yeni müqavilə bağladı

İngiltərənin “Aston Villa” klubu müdafiəçisi Eşli Yanqla müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 36 yaşlı futbolçu ilə yeni 1 illik müqavilə imzalanıb.

Eşli 2021-ci ilin iyun ayından “Aston Villa”da çıxış edir. O, ötən mövsüm Birmingem təmsilçisində ümumilikdə 25 matça çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu 2007-2011-ci illər aralığında da bu klubun formasını geyinib.

Yeri gəlmişkən, “Aston Villa” xorvatiyalı qapıçısı Lovre Kaliniçi Xorvatiyanın “Hayduk” (Split) klubuna birdəfəlik satdığını da bəyan edib. 32 yaşlı futbolçu ötən ilin iyulunda sözügedən kluba icarəyə verilmişdi. Lakin bu yay “Hayduk” futbolçunun transfer hüquqlarını da almağa qərar verib. Kaliniç, 2018-ci ildən “Aston Villa”da çıxış edirdi.