İngiltərə millisinin nümayəndələri Bakıda

Fevralın 12-də və bu gün İngiltərə milli komandasının nümayəndələri Bakıda səfərdə olub.

Komanda.az xəbər verir ki, komandanın meneceri Stüart Braun, səyahət meneceri Kelli Braun, mühafizə xidmətinin rəhbəri Toni Conniford və mühafizə xidmətinin əməkdaşı Stiv Lyuisdən ibarət olan nümayəndə heyətinin səfəri otel və stadionlara baxış məqsədi daşıyıb.

İngiltərə millisinin təmsilçiləri Hilton otelinə, Bakı Olimpiya Stadionuna, 8-ci km stadionuna və Tofiq Bəhramov adına Respublika stadionuna baxıblar.

Xatırladaq ki, AÇ-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakıda keçiriləcək. İngiltərə milli komandasının Bakıda yalnız 1/4 final mərhələsində oynamaq ehtimalı var.

Ötən həftə Hollandiya milli komandasının da nümayəndələri eyni məqsədlə Bakıya səfər etmişdilər.