İngiltərə millisinin baş məşqçisi mükafatlandırıldı

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, 48 yaşlı mütəxəssis Britaniya imperiyası ordeninə layiq görülüb.

Sautqeytin medalı Bukinqam sarayında keçirilən mərasimdə şahzadə Çarlz tərəfindən təqdim olunub. O, DÇ-2018-də İngiltərə millisi ilə qazandığı uğurlara görə bu mükafata layiq görülüb.

İngiltərə millisi DÇ-2018-də 4-cü yerin sahibi olub.