İngiltərə millisində itki

İngiltərə millisi ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, sol cinah müdafiəçisi Trent Aleksander-Arnold zədələnib. Bu barədə İngiltərə Futbol Assosiyasiyasının rəsmi saytı məlumat yayıb. Məlumatda, Arnoldun milli komandanın düşərgəsini tərk etdiyi bildirilib.

İngiltərə millisi AÇ-2020-nin seçmə mərhələsində martın 22-də Çexiya, 25-də isə Monteneqro ilə qarşılaşacaq.