“Qələbə qazanmaq üçün kifayət qədər çalışmadıq” – Sautqeyt

İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt AÇ-2020-nin seçmə mərhələsində Çexiyaya məğlub olduqları oyundan sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Sautqeyt, 1:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Çətin oyun oldu. Qələbə qazanmaq üçün kifayət qədər çalışmadıq. Bugünkü çıxışımız yaxşı deyildi. Hər şey sadədir. Heç-heçə edə bilərdik. Ancaq imkanlarımızdan yararlana bilmədik və rəqib sonlarda vurduğu qolla bizi cəzalandırdı.

Etiraf etməliyəm ki, bugünkü oyunumuz alınmadı. İlk hissədə və ikinci hissədə nələrisə dəyişmək istədik, ancaq alınmadı. İkinci hissəyə daha yaxşı başlamışdıq. Qalib gəlmək şansımız var idi”.