İngiltərə klubunun futbolçusu koronavirusa yoluxdu

İngiltərənin daha bir klubunda koronavirus pandemiyasına yoluxma halı qeydə alınıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Brayton” klubunun futbolçularının birində virus aşkarlınıb. Bu barədə komandanın baş məşqçisi Pol Barber məlumat verib:

“Üç futbolçumuzu testdən keçirdik. Onlardan birinin test nəticəsi müsbət oldu. Tibbi yoxlamanı müntəzəm keçirmirik. Virusa yoluxan futbolçu hazırda lazımi dəstəyi alır”.