Baş məşqçi olmasını istəyirlər – Runinin

İngiltərənin “Derbi Kaunti” klubunun futbolçusu Ueyn Runi baş məşqçiliyə başlaya bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hazırda klubda oynayan-məşqçi funksiyasını yerinə yetirən 34 yaşlı futbolçu, “Derbi Kaunti”də baş məşqçi Filip Kokunu əvəzləyə bilər. Klub rəhbərliyi komandanın cari mövsümdəki çıxışından razı deyil. Dörd oyunun üçündə məğlub olan komandada Kokunun taleyi gələn həftə müəyyənləşəcək. Məlumata görə, növbəti həftə keçiriləcək iclasdan sonra Koku istefaya göndəriləcək. Runi Kokunun ideal əvəzləyicisi olaraq görülür.

Runi bu ilin yanvarından “Derbi Kaunti”nin şərəfini qoruyur.