İngiltərə klubunda daha 2 futbolçuda koronavirus aşkarlandı

İngiltərənin “Portsmut” klubunun daha iki futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəstəliyə yoluxanların sırasına Haci Mnoqa və Ross Makkrori də qoşulub. Onlardan götürülən testlərin nəticəsi pozitiv çıxıb.

Xatırladaq ki, “Portsmut”da daha öncə Ceyms Bolton, Endi Kannon və Sin Raqqettdən götürülən testlərin də nəticəsi müsbət olmuşdu. Hazırda özlərini yaxşı hiss edən oyunçuların müalicəsi davam edir.