İngiltərə klubunda 3 nəfər koronavirusa yoluxub

İngiltərənin “Uotford” klubunda üç nəfərdə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub son iki gün ərzində edilən testlərdən üçünün müsbət nəticələndiyini açıqlayıb. Koronavirusa yoluxanlardan biri futbolçu, digərləri isə klub işçisidir.

Hər ü şəxs növbəti testin keçirilməsinə qədər 7 gün müddətində karantinə alınıb.