İngiltərə klubu satıldı

İngiltərənin “Haddersfild” klubu satılıb.

Komanda.az xəbər verir ki, klubun sahibi Din Hoyl, “Haddersfild”i Fil Hodkinsona satıb. Bu barədə “Haddersfild”in rəsmi saytı məlumat yayıb. Din Hoyl 2009-cu ildən klubun sahibi idi.

Bu mövsüm Premyer Liqada mübarizə aparan “Haddersfild”, 36 turdan sonra 14 xalla sonuncu sırada qərarlaşıb. Klubun sona 2 tur qalmış Premyer Liqanı tərk edəcəyi rəsmiləşib.