İngiltərə çempionu sabiq klubuna döndü

Futbol üzrə Braziliya yığmasının sabiq üzvü Fernandinyo İngiltərənin “Mançester Siti” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 37 yaşlı futbolçu bundan sonra karyerasını vətənində davam etdirəcək.

Təcrübəli yarımmüdafiəçi keçmiş klubu “Atletiko Paranaense” ilə anlaşıb. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb. O, köhnə-yeni klubunda 5 nömrəli formanı geyinəcək.

Fernandinyo peşəkar karyerasına məhz yetirməsi olduğu “Atletiko Paranaense”də başlayıb. O, 2005-ci ildə bu klubdan ayrılaraq Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına, bu komandadan da 2013-cü ildə “Mançester Siti”yə transfer olunmuşdu.