6 klub fəaliyyətini dayandıra bilər – İngiltərədə

İngiltərə Çempionşipində mübarizə aparan 6 klub fəaliyyətini dayandıra bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb koronavirusa görə klubların maliyyə böhranı yaşamasıdır. Adları açıqlanmayan 6 klub Çempionşip rəhbərliyindən onlara maddi dəstək edilməsini istəyir.

Adı açıqlanmayan bir klubun nümayəndəsi yerli mətbuata açıqlamasında, maliyyə dəstəyi olmazsa, fəaliyyətlərini dayandıracaqlarını bildirib.