Uelsli futbolçuya rekord cəza

İngiltərənin “Piterboro” klubunun futbolçusu Coş Yorvert cəzalandırılıb.

Komanda.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) uelsli oyunçunu 4 illik futboldan uzaqlaşdırıb. Bu barədə FA-nın rəsmi saytı məlumat yayıb.

Yorvert dopinq xarakterli narkotik vasitələrdən istifadə etdiyi üçün cəzalanıb. Bu cəza İngiltərə futbol tarixində tətbiq edilən ən uzunmüddətli cəzadır.