Dele Allinin yeni klubu məlum oldu

İngilis futbolçu Dele Alli yaxın günlərdə “Tottenhem”dən ayrılacaq.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını PSJ-də davam etdirəcək. Alli, icarə əsasında Paris təmsilçisinə qoşulacaq. PSJ 2021-ci ilin yayında yarımmüdafiəçinin transfer hüquqlarını ala biləcək.

2015-ci ildən “Tottenhem”də çıxış edən Allinin London klubuyla müqaviləsi 2024-cü ilin yayına qədərdir.