“İndi yenidən beysbol izləyin” – İbrahimoviç

Zlatan İbrahimoviçin ilin sonunda MLS təmsilçisi “Los Anceles Qalaksi”dən ayrılacağını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, 38 yaşlı isveçli hücumçu, şəxsi “instagram” hesabından etdiyi paylaşımda bunları yazıb:

“Gəldim, gördüm, məğlub etdim. “Los Anceles Qalaksi”yə məni yenidən canlı hiss etdirdiyi üçün təşəkkür edirəm. Komandanın azarkeşləri, siz Zlatanı istədiz, mən də sizə Zlatanı verdim. Hekayə davam edir. İndi isə yenidən beysbol izləyin”.

İbrahimoviçin əvvəllər çıxış etdiyi İtaliya A Seriyasına qayıdacağı gözlənilir.