“Göründüyümüzdən daha yaxşı komandayıq” – Mourinyo

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo komandadakı vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, London klubunda xoşbəxt olduğunu bildirib:

“İndi “Tottenhem”ə baş məşqçi təyin olunduğum vaxtdan daha xoşbəxtəm. Bu, mənim üçün çox gözəl hissdir. “Bir il sonra harda olacaqsan” deyə, soruşsalar, burda işimi görəcəyimi deyərəm. Çünki burda xoşbəxtəm. Biz hələ yolun əvvəlindəyik. “Liverpul”un planlarını reallaşdırması 5 il çəkdi. “Mançester Siti” 10 ildir bu işin içindədir. Təcrübələrimiz vəziyyətimizi daha da yaxşılaşdıracaq. Hamımız mükəmməllik axtarırıq, amma bu, mümkünsüzdür. Göründüyümüzdən daha yaxşı komandayıq, amma qarşımızda uzun bir yol var”.