“İndi Poqbanın daha xoşbəxt və sərbəst olduğunu görə bilirik”

Hazırda “Los Ancles Qalaksi”nin şərəfini qoruyan Zlatan İbrahimoviç, “Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo və Pol Poqba haqqında danışıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, vaxtilə “qırmızı şeytanlar”ın şərəfini qorumuş 37 yaşlı hücumçu, Mourinyo ilə Poqbanın münasibətləri haqda fikir bildirib:

“Sərbəst hiss etməsi lazım olan futbolçular var, onlar baş məşqçinin rəhbərliyi altında meydanda özlərini sərbəst hiss etməlidirlər. Hər baş məşqçinin öz taktikası var, amma bəzi futbolçular bundan kənara çıxır. Poqba da onlardan biridir. O, Mourinyonun inamını hiss etmirdi, Mourinyo da ondan əmin deyildi. Baş məşqçi inanmayanda, oynamaq çətin olur”.

İsveç millisinin sabiq futbolçusu indi Poqbanın daha yaxşı olduğunu deyib:

“Hamı bir-biri ilə yaxşı yola gedə bilməz və eyni heyətdə uğurlu bir şəkildə işləyə bilməz. Onların ikisindən birinin getməsi lazım idi və Mourinyo getdi. İndi Poqbanın daha xoşbəxt və sərbəst olduğunu görə bilirik. Meydanda istədiyini edir və hər kəs onun üçün çalışır. O, oyundan zövq alır. Oyundan zövq ala bilməyəndə, öz səviyyəni meydanda göstərə bilməzsən”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button