“Hər şeyi nəzarət altına ala bilmirəm” – Lempard

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Frenk Lempard komandadakı vəziyyətlə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klubdakı gələcəyindən danışan mütəxəssis, “zadəganlar”ın uğursuz çıxışına da toxunub:

“Komandada hər şeyin uğursuz irəlilədiyini bilirəm. Hadisələrə nikbin baxmağa çalışıram, hər şeyi nəzarət altına ala bilmirəm.

Futbolçu olaraq komandadakı karyeramda böyük sevgi gördüm. İndi futbolçu olaraq qazandığım uğurlara güvənmirəm. Baş məşqçi kimi klubdan böyük dəstək hiss etdim. Tələbləri və gözləntiləri anlayıram. Gənc və yeni futbolçularla nəticə qazanmaq çətindir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button