“Özümdən asılı olsa, karyeramı bitirməzdim” – Totti

İtaliyanın “Roma” klubunun sabiq futbolçusu Françesko Totti açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, hələ də oynamaq üçün yaxşı vəziyyətdə olduğunu deyib:

“İndi də meydana çıxıb, yarım saat oynaya və özümü sübut edə bilərəm. Özümdən asılı olsa, karyeramı bitirməzdim. Oyunlar üçün çox darıxıram. Futbolu buraxdıqdan sonra hər şeyə yenidən başlamalı və özünü yenidən kəşf etməli olursan. Futbolda idarəçi və futbolçu olmaq çox fərqli rollardır”.

Totti 1992-2017-ci illərdə “Roma”nın şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button