“İnanıram ki, futbolçular daha diqqətli olacaqlar” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Bu gün qarşılaşmanın sonluğu aşağı səviyyədə oldu. Oyuna və topa nəzarət etdik. Hamının bir yerdə olmaması ritmdən uzaqlaşmağa səbəb olur. Bu gün ən çox qol epizodları yaratdığımız matçlardan biri idi. Rəqibin sürətli əks-hücumları var. Komandam diqqətli oynadı. Sənan Qurbanova növbəti görüşlərdə uğurlar arzulayıram.

Belə oyunlar çox olub. İstənilən halda qol dəqiqliyini yaxşılaşdırmaq olar. Bəzən minimal sayda imkanımız olsa da, 2-3 qol vurmuşuq. İnanıram ki, futbolçular daha diqqətli olacaqlar. Narahatlıq olduğunu deməzdim. Dinamikanı sona qədər qorumaq üçün daha bir neçə məşq edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button