“İllərdir Levandovskini transfer etməyə çalışırıq, amma…” – “Real”ın prezidenti

İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres transferlərlə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun rəhbəri, transfer edə bilmədikləri futbolçular haqqında danışıb:

“Bəzi futbolçular var ki, klubları tərəfindən satılmırlar. İllərdir Robert Levandovskini transfer etməyə çalışırıq, amma bu, alınmır. Çünki müqaviləsində satışı ilə bağlı maddə yoxdur, “Bavariya” da onu satmağa müsbət yanaşmır. Eyni məsələ Pol Poqbada da oldu. Bunlar satıla biləcək futbolçular deyil, satılmaları mümkün olsa, onları transfer edəcəyik”.

Peres, “Real”ın hazırkı heyəti haqqında da danışıb:

“Hazırda heyətimizdə “qızıl top” mükafatına namizəd göstərilmiş 9 nəfər futbolçu var. Komandanın ümumi dəyəri 1,2 milyard avrodur. Keçən  mövsüm problem sadəcə bir nəfərin gedişi deyil, komandanın mentaliteti idi. Bu yay vacib transferlər etdik, Eden Hazard da onlardan biridir”.