“İlk vaxtlarda burda baş verənlərə əhəmiyyət vermədilər” – Qodin

İtaliyanın “İnter” klubunun futbolçusu Dieqo Qodin koronavirus pandemiyası ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu, ölkədə virusla bağlı qərarların güc verildiyini bildirib:

“Son günə qədər təhlükədə olduq, oynamağa davam edə biləcəyimizi dedilər. Bu, vəziyyət pisləşənə qədər davam etdi. Bundan sonra səhiyyə sistemində çöküş yaşandı, reanimasiyalarda kifayət qədər yer yoxdur, həkim çatışmazlığı var. İlk vaxtlarda burda baş verənlərə əhəmiyyət vermədilər. Bu vəziyyətin Çinin problemi olduğunu, digər ölkələrə təsir etməyəcəyini düşündülər. Dövlət səviyyəsində ciddi addımlar atılmadı.

Bu vəziyyətdə oyunlar keçirməyə, məşq etməyə məcbur olduq. “Yuventus”un futbolçusu Daniel Ruqani virusa yoluxduqdan sonra karantin elan olundu”.