İlk peşəkar müqaviləsini “Arsenal”la imzaladı

İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

London təmsilçisi “Malmö”dən Nikolay Mölleri transfer edib. Bu, 18 yaşlı hücumçunun ilk peşəkar müqaviləsi olub. “Arsenal”ın futbolçu üçün 450 min avro ödədiyi bildirilir.

“Malmö”nün yetirməsi olan Möller bu klubun U-19 komandasında forma geyinirdi.