İlk dəfə heç-heçə etdilər

“Zirə” Azərbaycan kubokunda ilk dəfə heç-heçə edib.

Komanda.az klubun “facebook” hesabına istinadən xəbər verir ki, bu, 2018/19 mövsümünün yarımfinal mərhələsinin “Sumqayıt”la səfərdəki ilk oyununa təsadüf edib. Bunadək yarışda 12 matça çıxan “qartallar” 7 qələbə qazanıb və 5 dəfə məğlubiyyətə uğramışdı. 

Oyununda ilk dəfə 0:0 hesabı qeydə alınan “Zirə” 5-ci dəfə qapısını toxunulmaz saxlayıb. 2016/17 mövsümündə bir, 2017/18 və 2018/19 mövsümlərində iki dəfə meydanı qol buraxmadan tərk edən “qartallar”ın bütün “quru oyunlar”ı Kamal Bayramovun hesabındadır. Qapıçı 11-ci görüşdə 5-ci dəfə qol buraxmayıb. Bu “quru oyunlar”dan üçü ev, ikisi səfər qarşılaşmasıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button