Sulşer: “Bu, bizim üçün sürpriz nəticə deyil”

İngiltərə Premyer Liqasının son turunda səfərdə “Haddersfild”lə 1:1 hesablı bərabərliyə razılaşan “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ilk dördlükdə yer ala bilməmələri haqqında danışan norveçli mütəxəssis, Çempionlar Liqasına qatılmağa layiq olmadıqlarını deyib:

“Növbəti mövsümdə Çempionlar Liqasında iştirak etməyə layiq olmadıq. Bunun üçün kifayət qədər yaxşı deyilik. Bu, bizim üçün sürpriz nəticə deyil. Kifayət qədər qələbə qazana, qol vura bilmədik. Mövsümün ortasında baş məşqçi dəyişikiliyi etmək çətindir.

İlk dördlükdə olmaq üçün mübarizə apardıq, amma fürsətləri dəyərləndirə bilmədik. Xəyal dünyasında yaşamırıq, çempionluq yarışında iştirak edə biləcək vəziyyətdə olmadığımızı bilirik. Bu, böyük problemdir, amma öhdəsindən gələcəyimizə əminəm”.