2021-ci ilin ən yaxşı pleymeykeri

Futbol üzrə Belçika yığmasının və İngiltərənin “Mançester Siti” komandasının yarımmüdafiəçisi Kevin de Bruyne 2021-ci ilin ən yaxşı pleymeykeri elan olunub.

Komanda.az xəbər verir ki, o, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) versiyasına əsasən bu ada yiyələnib.

30 yaşlı futbolçu 160 xalla bütün rəqiblərini geridə qoyub. Argentina yığmasının və PSJ-nin futbolçusu Lionel Messi 2-ci, İngiltərənin “Mançester Yunayted” komandasının portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandes isə 3-cü olub.

İFFHS daha öncə “Bayern”in hücumçusu Robert Levandovskini ilin futbolçusu, PSJ-nin qolkiperi Canluici Donnarummanı isə ilin ən yaxşı qapıçısı elan edib.

  1. Kevin de Bruyne (Belçika – “Mançester Siti”) – 160
  2. Lionel Messi (Argentina – “Barselona/PSJ) – 105
  3. Bruno Fernandes (Portuqaliya – “Mançester Yunayted”) – 15
  4. Tomas Müller (Almaniya – “Bayern”) – 15
  5. Jorjinyo (İtaliya – “Çelsi”) – 10
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button