İlin ən yaxşı futbolçusu bəlli oldu – Asiyada

“Fox Sports” telekanalı Asiyada 2020-ci ilin ən yaxşı futbolçusu ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Komanda.az xəbər verir ki, birinci yerə 286 xalla Cənubi Koreya yığmasının və İngiltərənin “Tottenhem” klubunun hücumçusu Son Hın Min layiq görülüb.

Rusiyanın “Zenit” klubunda çıxış edən iranlı forvard Sərdar Azmun 89 xal toplayaraq 2-ci olub.

İlk “3-lüy”ü Cənubi Koreyanın “Ulsan Hunday” komandasının hücumçusu Junior Neqrao (83 xal) tamamlayıb.