Avroliqa: “Tottenhem”lə “Milan” sürprizə imkan vermədi

Futbol üzrə Avropa Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bir matçdan ibarət tamaşaçısız keçirilən mərhələnin ilk oyun günündə üç qarşılaşma baş tutub.

Lüksemburqda yerli “Proqress” “Villem II” klubunu qəbul edib. Niderland təmsilçisi darmadağınla növbəti mərhələyə yüksəlib. “Hammarbü” öz meydanında “Lex”lə görüşüb. Bu qarşılaşmada da qonaqlar darmadağınla mərhələ adlayıblar. Günə Farer adalarında yekun vurulub. B-36 TNS-i sınağa çəkib. Bu görüşün taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq oynayan meydan sahibləri 3-cü təsnifat mərhələsinə vəsiqəni təmin ediblər.

Bu gün mərhələnin daha 43 oyunu keçirilib. Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Neftçi” də bu gün meydana çıxıb. Bakı klubu “Qalatasaray”la qarşılaşıb və məğlub olaraq turnirlə vidalaşıb.

Bu mərhələdən mübarizəyə başlayan İngiltərənin “Tottenhem”, İtaliyanın “Milan” klubları da mərhələ adlayan tərəf olub. Bir qarşılaşma isə əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Avropa Liqası, 2-ci təsnifat mərhələsi

16 sentyabr

Proqress (Lüksemburq) – Villem II (Niderland) 0:5

Hammarbü (İsveç) – Lex (Polşa) 0:3

B-36 (Farer adaları) – TNS (Uels) 2:2 (penaltilər 5:4)

17 sentyabr

Kaysar (Qazaxıstan) – APOEL (Kipr) 1:4

Ventspils (Latviya) – Rusenborq (Norveç) 1:5

Renova (Şimali Makedoniya) – Hayduk (Xorvatiya) 0:1

Ararat (Ermənistan) – Fola (Lüksemburq) 4:3

Astana (Qazaxıstan) – Buduçnost (Monteneqro) 0:1

Teuta (Albaniya) – Qranada (İspaniya) 0:4

Linkoln (Cəbəllütariq) – Reyncers (Şotlandiya) 0:5

Kuopio (Finlandiya) – Slovan (Slovakiya) 1:1 (penaltilər 4:3)

Botoşani (Rumıniya) – Şkendiya (Şimali Makedoniya) 0:1

Bodo Qlimt (Norveç) – Jalgiris (Vilnüs, Litva) 3:1

Höteborq (İsveç) – Kopenhagen (Danimarka) 1:2

Lokomotiv (Plovdiv, Bolqarıstan) – Tottenhem (İngiltərə) 1:2

Neftçi (Azərbaycan) – Qalatasaray (Türkiyə) 1:3

Riteryay (Litva) – Slovan (Çexiya) 1:5

Olimpiya (Sloveniya) – Zrinski (Bosniya və Herseqovina) 2:3

Flora (Estoniya) – Reykyavik (İslandiya) 2:1

Hibernians (Malta) – Fehervar (Macarıstan) 0:1

Laçi (Albaniya) – Hapoel (Beer-Şeva, İsrail) 1:2

Lokomotivi (Gürcüstan) – Dinamo (Moskva, Rusiya) 2:1

Makkabi (Hayfa, İsrail) – Kayrat (Qazaxıstan) 2:1

Sfintul (Moldova) – Partizan (Serbiya) 0:1

ÇSKA (Sofiya, Bolqarıstan) – BATE (Belarus) 2:0

OFİ (Yunanıstan) – Apollon (Kipr) 0:1

Konnah Kuey (Uels) – Dinamo (Tbilisi, Gürcüstan) 0:1

Riqa (Latviya) – Tre Fiori (San-Marino) (yarımçıq dayandırılıb)

Yurqorden (İsveç) – Europa (Cəbəllütariq) 2:1

İnter (Andorra) – Dandalk (İrlandiya) 0:1

Aris (Yunanıstan) – Kolos (Ukrayna) 1:2

Borats (Bosniya və Herseqovina) – Rio Ave (Portuqaliya) 0:2

Kukesi (Albaniya) –  Volfsburq (Almaniya) 0:4

Pyast (Polşa) – Hartberq (Avstriya) 3:2

Şemrok Rovers (İrlandiya) – Milan (İtaliya) 0:2

Standard (Belçika) – Bala Taun (Uels) 2:0

Sileks (Şimali Makedoniya) – Drita (Kosovo) 0:2

Mura (Sloveniya) – Orhus (Danimarka) 3:0

Kolreyn (Şimali İrlandiya) – Motervell (Şotlandiya) 2:2 (penaltilər 0:3)

Vikinq (Norveç) – Aberdin (Şotlandiya) 0:2

Dunayska (Slovakiya) – Yablonets (Çexiya) 5:3

Osiyek (Xorvatiya) – Bazel (İsveçrə) 1:2

Servett (İsveçrə) – Reyms (Fransa) 0:1

Linfild (Şimali İrlandiya) – Floriana (Malta) 0:1

Baçka Topola (Serbiya) – Styaua (Rumıniya) 6:6 (penaltilər 4:5)

Honved (Macarıstan) – Malmö (İsveç)
0:2