Sarri məmnundur

UEFA Avropa Liqasının 1/4  final mərhələsinin ilk oyunları çərçivəsində “Slaviya”ya 1:0 hesabı ilə qalib gələn “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, nəticəyə görə sevindiyini deyib:

“Nəticədən və göstərdiyimiz oyundan məmnunam. Rəqib fiziki cəhətdən çox yaxşıdır. Buna görə də, çətinlik yaşayacağımızı bilirdik. İkinci hissədə daha yaxşı oyun göstərdik.

Artıq cavab matçının daha çətin olacağını bilirik. Rəqib oyunda hər an təhlükə yarada bilir. Cavab görüşündə daha diqqətli olmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button