“İkinci hissədə oyuna nəzarəti itirdik” – Miçel Qonsales

Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Miçel Qonsales Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis 0:3 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Matça çox yaxşı başladıq. Ümumilikdə oyuna nəzarət edirdik. İkinci hissədə isə səhvlərimiz oldu. Bu turnirdə isə səhvə yol verəndə cəzasını çəkirsən. Uduzanda mütləq nəyəsə peşman olursan. Əvəzetmələr yerində idi. Sadəcə, alınmadı. Oyuna nəzarəti itirdik və əks hücumda qol buraxdıq. Bundan sonra səhvlərimizi görməli, onları düzəltməyi öyrənməli və hansı kluba aid olduğumuzu bilməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button