İkinci hissə komandası – “Zirə”

“Zirə” Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsində 16 qol vurub.

Komanda.az xəbər verir ki, “qartallar” baş tutan 13 turda ikinci hissədə daha məhsuldar çıxış etməsi ilə diqqət çəkib.

Komanda fasiləyədək cəmi 5 qol vurub. İkinci hissədə isə “Zirə” daha qarşısıalınmaz olub 11 top. Rəşad Sadıqovun çalışdırdığı kollektiv fasilədən sonrakı 15 dəqiqədə ilk yarıdakı qədər – 5 dəfə rəqib qapısına yol tapıb.

1-15-ci dəqiqələr: 1 qol
16-30-cu dəqiqələr: 2 qol
31-45-ci dəqiqələr: 2 qol
46-60-cı dəqiqələr: 5 qol
61-75-ci dəqiqələr: 3 qol
76-90-cı dəqiqələr: 3 qol

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button