İkardiyə növbəti təklif – İllik 7 milyon avro

“İnter”in yeni baş məşqçisi Antonio Kontenin planlarında yer almayan Mauro İkardi daha bir klubun transfer hədəfindədir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu “Napoli”nin maraq dairəsindədir. Futbolçu ilə şəxsi danışıqlara başlayan Neapol təmsilçisi, ona illik 7 milyon avro məvacib təklif edib. Futbolçunun bu təklifi qəbul edəcəyi halda, “Napoli”nin “İnter”lə rəsmi danışıqlara start verəcəyi bildirilir.

“İnter”in “Yuventus”un da hədəfində olan futbolçu üçün azı 50 milyon avro tələb etdiyi deyilir.

“İnter”lə 2021-ci ilədək müqaviləsi olan argentinalı hücumçu, son mövsümdə iştirak etdiyi 37 oyunda 17 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2013-cü ildən “İnter”in şərəfini qoruyur.