İkardidən Neymar və Mbappe ilə bağlı açıqlama

PSJ-nin futbolçusu Mauro İkardi komanda yoldaşı Neymar və Kilian Mbappe ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu, Neymarla bağlı bunları deyib:

“İnsanlar kənardan fərqli görə bilərlər, amma reallıq tamamilə fərqlidir. Hamımız Neymarın necə futbolçu olduğunu bilirik, o, mətbuatda yayılan xəbərlərdə bəhs ediləndən fərqli insandır. O, hər zaman xoşbəxt görünən və hər kəslə yaxşı münasibətdə olan biridir. Hər günü birlikdə keçirən böyük ailə kimiyik. Neymarın nikbin əhvalı hamımızın yaxşı hiss etməsinə səbəb olur.

Neymar haqqında dediklərimi Mbappeyə də aid edə bilərəm. O, gənc, amma artıq bir çox uğur əldə etmiş futbolçudur. Mbappe yaşından daha yetkindir”.