İdman jurnalistləri üçün seminar keçirilir – Bakıda

Beynəlxalq Cüdo Federasiyasının (IJF) media və kommunikasiya rəhbəri, qurumun sülh üzrə kommunikasiya direktoru, qara kəmər sahibi Nikolas Messnerin spikerliyi ilə idman jurnalistləri üçün beynəlxalq seminar keçirilir.

Komanda.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bildirib ki, bu il ACF-in 50 illik yubileyi qeyd olunacaq. Rəsullu deyib ki, bu seminar yubiley çərçivəsində ilk tədbirdir.

Daha sonra yubileylə bağlı video-çarx nümayiş etdirilib. 50 illiklə bağlı loqoda 50 rəqəmi, ACF abbreviaturası və yapon heroqliflərindən istifadə olunub.