İdman jurnalistinin anası koronavirusdan vəfat etdi

İdman jurnalisti Anar Cəfərsoyun anası Zöhrə Cəfərsoy koronavirusdan vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə ailənin yaxın dostu Araz Aslanlı sosial şəbəkə hesabında məlumat yayıb. Zöhrə Cəfərova, dünən axşam Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Onun 69 yaşı var idi.

Zöhrə Cəfərova böyrək çatışmazlığından da əziyyət çəkib. Koronavirusa yoluxması onun səhhətini daha da ağırlaşdırıb.

İdman jurnalisti Anar Cəfərsoy da koronavirusa yoluxub və hazırda xəstəxanada müalicə alır.