İddiaçılar Turniri: Rəcəbovdan liderlə heç-heçə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

Komanda.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 10-cu turda qara fiqurlarla FİDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib.

Rəcəbov turnir cədvəlinin lideri ilə matçın 37-ci gedişində “sülh bağlayıb”.

Beləliklə, xalını 4,5-ə çatdıran Teymur hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Nepomnyaşi isə 7 xalla liderliyini davam etdirir.

Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button