İddiaçılar turniri: Rəcəbovun son sınağı

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün sonuncu görüşünü keçirəcək.

Komanda.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 14-cü turda qara fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gələcək. Görüş saat 17:00-da başlayacaq.

12 turdan sonra 6,5 xala malik Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuana ilə birlikdə 5-6-cı yerləri bölüşdürür.

Rusiyalı Yan Nepomnyaşi əvvəlki turda yarışın qalibi olub və şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə görüşəcək.