İddia: Lukaku komanda yoldaşları ilə vidalaşıb, “Çelsi”dən ayrılır

“Çelsi”nin belçikalı hücumçusu Romelu Lukaku bu yay klubu tərk edə bilər.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı belçikalı futbolçu artıq “zadəganlar”dan ayrılmaq arzusunu komanda yoldaşlarına bildirib, hətta onlarla vidalaşıb.

Lukaku 2019-2021-ci illərdə çıxış etdiyi “İnter”ə qayıtmaq istəyir. “İnter” rəhbərliyi də belçikalı oyunçunu geri qaytarmağa qarşı deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button