İcraiyyə Komitəsinin üzvləri milli ilə görüşdü

Avropa çempionatının elit-raund mərhələsində çıxış edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi oyunların keçiriləcəyi Rusiyanın Krasnodar şəhərinə yola düşməzdən əvvəl AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov, eləcə də Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç U-19-un üzvləri ilə görüşüb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində keçirilmiş görüşdə milliyə uğrular arzulanıb, müvafiq tövsiyələr verilib.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi elit-raund mərhələsində martın 20-də Rusiya, 3 gün sonra İrlandiya, martın 26-da isə Rumıniya komandası ilə qarşılaşacaq.