“PSJ bu günə qədər oynadığım ən yaxşı komandadır” – İkardi

İcarə əsasında PSJ-də çıxış edən Mauro İkardi Liqa 1-in 11-ci turunda “Marsel”i məğlub etdikləri oyundan (4:0) sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən verir ki, qarşılaşmada dubl edən argentinalı hücumçu, xoşbəxt olduğunu deyib:

“Bu oyunun vacibliyini bilirdik. Qol vurduğum və qazandığımız üçün xoşbəxtəm. Bura qollar vurmağa və titullar qazanmağa gəlmişəm.

PSJ bu günə qədər oynadığım ən yaxşı komandadır. Komanda yoldaşlarımla aramızda yaxşı uyğunluq var”.

Bu yay “İnter”dən PSJ-yə keçən İkardi, Paris təmsilçisinin heyətində 7 oyuna 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button