“Bavariya”nın oyun üslubunu bəyənmir – İtaliyaya qayıtmaq istəyir

İcarə əsasında Almaniyanın “Bavariya” klubunda çıxış edən Duqlas Kosta açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi, İtaliyaya qayıtmaq istədiyini bildirib:

“Çox sevdiyim bir ölkə olan İtaliyaya qayıtmaq istəyirəm. Görək, nə olacaq. “Yuventus”la bir illik müqaviləm var. “Bavariya”nın indi fərqli oyun tərzi var. Topa sahib olmaq əvəzinə bütün qüvvə ilə hücuma çıxırlar. Bu oyunla Çempionlar Liqasını qazanmağımıza baxmayaraq, əvvəlki oyun tərzini daha çox sevirəm”.

Bu mövsüm “Bavariya” ilə 22 oyunda bir qol vuran Kostanın icarə müqaviləsinin müddəti yaya qədərdir. Yarımmüdafiəçi “Yuventus” klubuna məxsusdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button