Portuqaliyalı hücumçudan ayrılıq açıqlaması

İcarə əsasında “Sevilya”da forma geyinən Andre Silva La Liqa təmsilçisindən ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə portuqaliyalı futbolçu şəxsi “instagram” hesabından məlumat yayıb. Silva müqaviləylə məxsus olduğu “Milan”a qayıdacaq.

“Sevilya” mövsümün əvvəlində Silvanı “Milan”dan icarəyə götürmüşdü. İspaniya klubu 35 milyon avro ödəyəcəyi təqdirdə, Silvanın transfer hüquqlarına sahib ola bilərdi.

23 yaşlı hücumçu La Liqada bu mövsüm 27 qarşılaşmada iştirak edərək, 9 qol vurub.