İbrahimoviç UEFA Millətlər Liqasında oynamaqdan imtina etdi

İtaliyanın “Milan” klubunda çıxış edən İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç UEFA Millətlər Liqasında oynamaqdan imtina edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı hücumçu milli komandadan göndərilmiş dəvəti qəbul etməyib.

Təcrübəli forvard millidəki karyerasını başa vurmasa da, fiziki formasında problem yaşadığı mövsümdən sonra fasilə vermək qərarına gəlib.

“Milan” sona bir tur qalmış A Seriyasında 83 xalla liderdir. İkinci sıradakı “İnter”in 81 xalı var. İbrahimoviçin klubla müqaviləsi yayda başa çatacaq.

İsveç millisi Millətlər Liqasında mübarizəyə iyunun 2-də Sloveniya səfərində başlayacaq. Komanda iyunun 5-də və 12-də Norveçlə, iyunun 9-da Serbiya ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button