“İbrahimoviç Ronaldodan daha qətiyyətli görünür” – De Byazi

Azərbaycan milli komandasının italiyalı baş məşçisi Canni De Byazi ölkəsinin mətbuatına müsahibə verib.

Komanda.az xəbər verir ki, A Seriyasındakı çempionluq yarışı barədə danışan De Byazi, bunları deyib:

“Mövsümün hazırkı mərhələsində kimin favorit olduğunu demək çətindir. “Yuventus” hər zaman klubların məğlub etmək istədikləri komanda olaraq qalacaq. “Milan”ın gənc, amma keyfiyyətli heyəti var və Stefano Piolinin rəhbərliyi altında irəliləyəcəklərini düşünürəm. “İnter” də çempionluq üçün lazım olan keyfiyyətlərə sahibdir. Keçən mövsümlərin əksinə, bu dəfə çempionluq üçün daha çox rəqabət olacaq”.

De Byazi, “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ilə “Milan”ın futbolçusu Zlatan İbrahimoviçi müqayisə edib:

“İbrahimoviç Ronaldodan daha qətiyyətli görünür. “Yuventus” başqa futbolçuyla da eyni, güclü komanda olacaqdı. Ronaldonun dəyərini azaltmaq istəmirəm, bu, axmaqlıq olardı. Amma İbranın “Milan”ın lideri olduğunu düşünürəm. İnanıram ki, o, həm də baş məşqçiyə gəncləri idarə etməkdə kömək edir. Ronaldo və İbrahimoviç fərqli xüsusiyyətlərə malik futbolçulardır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button