İbrahimoviç qərarını verdi

“Milan”ın hücumçusu Zlatan İbrahimoviçin komandadakı gələcəyi müəyyənləşib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, isveçli futbolçu növbəti mövsüm də “qırmızı-qaralar”ın şərəfini qoruyacaq. Məlumata görə, yaxın vaxtda klubla İbrahimoviç arasında yeni müqavilə ilə bağlı danışıqlar başlayacaq.

İbrahimoviçin “Milan”la müqaviləsi avqustda başa çatır. O, bu ilin yanvarından İtaliya klubunun uğurları üçün çalışır.